9 yanvar 2012 14:54
“Vaqif Cavadovun Rusiya Premyer Liqasına tam uyğunlaşmasına vaxt lazımdı”
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, Rusiyanın “Anji” klubundan yenicə ayrılan Vaqif Sadıqov “Volqa”da oynayan Vaqif Cavadovun çıxışına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən onun “Volqa”dakı çıxışını izləyirəm. O, həqiqətən özünü göstərə bildi. Komandada özünə bir yer yaratmağa nail olub. Görünür, kollektivə belə bir oyunçu lazımdı. Hər halda Vaqif Cavadovun Rusiya Premyer Liqasına tam uyğunlaşması üçün bir qədər də vaxt lazımdı”.
