9 yanvar 2012 15:13
“Rusiyada mənimlə maraqlanan klublar var idi”
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, Rusiyanın “Anji” klubundan yenicə ayrılan Vaqif Sadıqov PRO kateqoriyası almaq istəyir. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rusiyada mənimlə maraqlanan klublar var idi. Amma PRO kateqoriyasının yoxluğu problem yaradır. Bu məşqçi lisenziyasını almaq üçün bir lazım gəlir. Bundan sonra karyeramı davam etdirə bilərəm. Rusiyada bu lisenziya olmadan işləmək çox çətindi”.
