9 yanvar 2012 15:51
AZAL dörd sınaq matçı keçirəcək
AZAL qarşıdakı təlim-məşq toplanışı dövründə dörd yoxlama matçı keçirəcək. Azerisport.az saytına müsahibəsində bu barədə “təyyarəçilər”in baş məşqçisi Rafiq Mirzəyev xəbər verib:
“Öncədən də dediyim kimi, biz Gürcüstan klublarından biri ilə qarşılaşmaq istəyirik. Əgər onlarla alınmasa, yerli klublarla, birinci divizion təmsilçiləri ilə görüşəcəyik. Bütövlükdə dörd oyun keçirməliyik. Həmin matçların yanvarın 18, 23, 27-də, eləcə də fevralın 2-də keçirilməsini planlaşdırırıq”.