9 yanvar 2012 16:41
Türkiyə - Azərbaycan matçının hakimləri açıqlandı
Yanvarın 14-dən 16-a qədər Bakı şəhərində keçiriləcək V Bakı Beynəlxalq Futzal Turnirinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bu turnirdə Azərbaycan millisi ilə yanaşı Türkiyə, Ukrayna və Özbəkistan yığmaları da mübarizə aparacaq. Təyinatlarla sizi də tanış edirik:
14 yanvar
Saat 17:15. Ukrayna – Türkiyə
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Saat 19:30. Azərbaycan – Özbəkistan
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Tərlan Məmmədov
15 yanvar
Saat 17:15. Türkiyə - Özbəkistan
Hakimlər: Ramil Namazov, Ramiz Məhərrəmov, Anar Fərəcov
Saat 19:30. Azərbaycan- Ukrayna
Hakimlər: Elçin Səmədli, Azad Ə. Hüseynov, Yusif Nurullayev
16 yanvar
Saat 13:00. Özbəkistan – Ukrayna
Hakimlər: Yusif Nurullayev, Azad Ə. Hüseynov, Anar Fərəcov
Saat 15:00. Türkiyə – Azərbaycan
Hakimlər: Elçin Səmədli, Ramiz Məhərrəmov, Tərlan Məmmədov
Qeyd edək ki, bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.
