9 yanvar 2012 17:43
Bakı Ramim və Bates ilə yollarını ayırdı
“Bakı” daha iki futbolçusundan imtina edib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi millimizin braziliyalı milliləşmiş yarımmüdafiəçisi Fabio Luis Ramim ilə yanaşı Stevan Batesi də yola salmağa qərar verib.
Onlar bu məqsədlə Türkiyə toplanışına da aparılmayıblar. Stevan Batesin klubla müqaviləsinin müddəti bitdiyindən, onun komandada qalmayacağı dəqiqdi. Lakin Ramimlə bağlı fərqli vəziyyət var. Məsələ burasındadı ki, onun klubla müqaviləsi başa çatmayıb. Bu üzdən də o, özünə yeni iş yeri tapmasa, klubda qalması mümkündü.
