9 yanvar 2012 17:08
Dmitri Kramarenko: Oynayan məşqçi olmaq istəyirəm
“İnter”i “Simurq”a dəyişən millimizin sabiq qapıçısı Dmitri Kramarenko bu keçidi ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- Hələ çempionatın qalan hissəsini harda keçirəcəyimə tam aydınlıq gəlməyib. Klub rəhbərliyi və məşqçilərlə danışmalıyam. Mənim “İnter”lə müqaviləm var. Əgər fikir ayrılığı olmasa, “Simurq”da oynamağa hazıram. Mən bu komandaya kömək etmək istəyirəm. Amma öncə klublar arasında razılıq olmalıdı.
- Yəqin ki, yeni klubunuzda da ehtiyatda oturmaq yox, əsas heyətdə çıxış etmək istərdiniz...
- Mənim 17 yaşım yoxdu ki, buna görə üzülüm. Ötən sentyabr ayında 37 yaşımı qeyd etdim. Maksimum 2 il də oynaya bilərəm. Ondan sonra isə məşqçiliyə başlamaq istəyirəm. Oynayan məşqçi kimi başlaya bilərəm. Gənclərə də yol açmaq lazımdı. Zaqatala klubunun rəhbərliyi ilə bu və digər məsələlərlə bağlı söhbətimiz olub.

- Deməli, məşqçiliyə elə “Simurq”dan başlamaq istəyirsiz?
- Prinsipcə, bəli. Əgər maliyyə məsələsində anlaşa bilsək, qalan heç nə önəmli olmayacaq. Ailəm burda yaşayır. Həm də Zaqatala Bakıya elə də uzaq deyil.
- Sergey Yuran amili bu keçidinizdə nə dərəcədə rola malikdi?
- Onunla məmnuniyyətlə işləməyə hazıram.
- O, mövsümün geridə qalan dövründə az qala hər oyundan sonra qapıçıdan şikayətlənirdi...
- Mən həmişə qapıçıların tərəfindəyəm. Bu mövqedə çıxış edən futbolçular üçün hər şeydən önəmli olan məsələ psixoloji cəhətdən hazırlıqlı olmaqdı. Yuranın qapıçılarla necə işlədiyini bilmirəm. Amma hər halda mən hər şeyi sıfırdan başlamalı olacağam.
- Bu yaşda hər oyunda meydana çıxmağa hazırsız?
- Kifayət qədər gücüm var. Həmişə öz formamı qorumağa çalışıram. Həm də qarşıda toplanış var. Həm də burda nə yaş amili? Siz Mahmud Qurbanova baxın. O, hazırda “Sumqayıt”ın heyətində ən yaxşılardandı.