9 yanvar 2012 17:23
Qarabağ Leandro Roşa ilə yollarını ayırır
“Qarabağ” braziliyalı legioneri Leandro Roşa ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, buna qış fasiləsində vətəni Braziliyaya gedən yarımmüdafiəçinin toplanışa bir gün qalsa da, hələ də Azərbaycana qayıtmaması səbəb göstərilir.
Qeyd edək ki, Ağdam təmsilçisi sabah toplanışa başlayır. Roşanın da digər oyundaşları ilə birgə bu toplanışa kimi düşərgədə olması lazım idi. Lakin onun hələ də gəlib çıxmaması klub rəhbərliyinin onun haqda ciddi ölçü götürməsinə gətirib çıxara bilər. Belə ki, Roşa sabaha kimi düşərgədə olmasa, klub rəhbərliyi onunla müqaviləyə xitam vermək hüququna malikdi.
Xatırladaq ki, Roşa vaxtilə şərəfini qoruduğu “Standard”, “İnter” və "Bakı" kimi klublarda da bu və digər intizamsızlıqları ilə diqqət mərkəzinə düşmüşdü. O, “Qarabağ”a bu mövsümün əvvəlində keçmişdi.
