9 yanvar 2012 19:58

Qəbələ ilə Şaxtyor arasında rəsmi protokol imzalandı

“Qəbələ” FK və Ukraynanın “Şaxtyor” klubları arasında əməkdaşlıq haqda rəsmi protokol imzalanıb. Azeirisport.az xəbər verir ki, “Qəbələ” FK ilə “Şaxtyor” FK iki klub arasındakı mövcud əlaqələri dərinləşdirmək və “win-win” münasibəti səviyyəsinə gətirmək məqsədi ilə müəyyən sahələri əhatə edən müqaviləyə imza atıb. Protokola əsasən, klublar arasında akademiya, əsas və əvəzedici heyətlər səviyyəsində və marketinq sahəsində əməkdaşlıq nəzərdə tutulub.
 
Yerli futbolçuların yetişdirilməsinə önəm verən klubların akademiya səviyyəsində əməkdaşlığına müqavilədə xüsusi diqqət ayrılıb. Müqaviləyə əsasən, “Qəbələ” FK və “Şaxtyor” FK akademiya komandalarından biri qarşılıqlı şəkildə əks tərəfin bazasında təlim məşq toplanışı keçirəcək. Sözügedən klublar tərəfindən təşkil ediləcək akademiya səviyyəli turnirlərə hər iki klub öncəlikli olaraq dəvət ediləcək. Akademiya məşqçiləri qarşılıqlı olaraq bir-birilərinin bazasında olacaq, müəyyən olunmuş müddətdə məşq prosesində iştirak edəcəklər. Bundan əlavə, müxtəlif yaş qruplarından futbolçuların müəyyən müddət üçün mübadiləsi və ya tək tərəfli göndərilməsi nəzərdə tutulub.
 
Protokol əsas və əvəzedici heyətlər səviyyəsində də əməkdaşlığı özündə əks etdirib. Razılaşmaya əsasən, “Şaxtyor”un heyətinə düşə bilməyən, ancaq “Qəbələ”də oynaya biləcək futbolçular haqqında mütəmadi fikir mübadiləsi aparıla bilər. Komandaların əvəzedici heyətlərinin qarşılıqlı şəkildə bir-birinin bazasında təlim-məşq toplanışı keçməsi də protokolda yer alıb.
 
Marketinq sahəsini əhatə edən razılaşmada klubların təmsil etdikləri ölkədə digər klubun təbliğatının aparılması və onun tanıdılması barədə müddəalar öz əksini tapıb.
 
Bundan əlavə, “Qəbələ” “Şaxtyor”un stadion təcrübəsindən də yararlanacaq. Daha öncə tanınmış təbii ot örtüyü mütəxəssisi Filip Şarplesi Qəbələyə dəvət etməklə həm standartlara cavab verən meydançalar salan, həm də yerli mütəxəssislərin yetişməsini təmin edən klub rəhbərliyi bu dəfə Avropanın ən möhtəşəm stadionlarından hesab olunan “Donbass Arena”nın kommersiya məqsədi ilə istifadəsini araşdırmaq və öyrənmək məqsədilə “Şaxtyor”la əməkdaşlıq edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.