9 yanvar 2012 20:28

Ukrayna klubunun üzvü: Qurban Qurbanov məni baxışa çağırıb

Hazırda Ukraynada, Kiyevin "Zirka" komandasında oynayan azərbaycanlı gənc futbolçu Sənan Bayramzadə müsahibə verib. Azerisport.az xəbər verir ki, o, futbola gəlişindən, gələcək planlarından, eləcə də “Qarabağ”dan aldığı təklifdən danışıb. Həmin müsahibəni təqdim edirik:
 
- Futbola necə gəldin?
- Əvvəl-əvvəl bu, sadəcə uşaqlıq marağı idi. Televiziyada futbola çox baxırdım. Ürəyimdən gələcəkdə tanınmış futbolçu olmaq keçirdi. Belə-belə futbola bağlandım. Əvvəlcə Suraxanıda, “Neftçi” futbol klubunun uşaq komandasında oynamağa başladım. Xaqani Məmmədovun məşqçiliyi altında. Daha sonra “Ulduz” futbol klubunda gürcü Zaza Çankvetadzenin rəhbərliyi ilə məşqlərə getdim. Bu kluba gəlməyimlə müəyyən uğurlar qazandım.
 
- Evdə razı idilər futbola bağlanmağına?
- Evdən heç vaxt mənə “futbola getmə” deməyiblər. Əksinə, həmişə dəstək görmüşəm. Əvvəlcə dərslərimdə axsamalar oldu. Bu, narahatlıq doğurdu evdə. Sonralar problem yoluna qoyuldu.
 
- Ukraynaya necə gedib çıxdın?
- “Ulduz” komandasında məşqçim olan Zaza Çankvetadzenin xarici klublarla əlaqələri vardı. Əvvəl Gürcüstana göndərmək istəyirdi məni. Amma bu alınmadı. Daha sonra Ukraynaya yoxlanışa getdim. Elə ilk yoxlanışda “Borisven” klubu məni öz heyətinə götürdü.
 
- Bəs evdən necə qarşıladılar Ukraynaya getməyini?
- Düzü, evin tək uşağı olduğuma görə anam heç razı deyildi. Atamın təkidlərindən sonra razılaşdı Ukraynaya getməyimə.
 
- Ukraynada çətinliklə üzləşdinmi?
- Bir az dil baxımından çətinliyim oldu. Amma Azərbaycanda rus dilindən əlavə hazırlığa getməyim kömək elədi.  Öncə əvəzedici komandada oynadım. Əsas heyətə düşməkdə çətinlik çəkirdim. Komanda yoldaşlarımın, demək olar, hamısı çox yaxşı oyunçular idi. Amma öz üzərimdə işlədikdən sonra əsas heyətdə yerimi möhkəmləndirdim.
 
- “Zirka” komandasına necə keçdin?
- “Borisven” “Zirka” komandası ilə yoldaşlıq oyunu keçirirdi. Mən də əsas heyətdə yer almışdım. Həmin oyunda “Zirka”nı 3:0 hesabı ilə məğlub etdik. Oyunum rəqib komandanın məşqçisinin xoşuna gəlmişdi. Bizim komandanın məşqiçisi ilə danışıqlar apardı ki, onlarda yoxlanışa gəlim. Yoxlanışda özümü yaxşı göstərdim. Bundan sonra “Zirka”da qaldım.
 
- Azərbaycan futbolundan sənə diqqət necədir?
- Müəyyən dərəcədə diqqət var. Keçən il “Bakı” komandası məni yoxlanışa çağırmışdı. Bəyənmişdilər məni. Qalıb oynamağımı istəyirdilər. Amma Ukraynaya bilet almışdım. Ona görə qala bilmədim Bakıda.
 
- Hazırda necə, hər hansı klubdan dəvət varmı?
- “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yoxlanışa çağırıb məni. Yoxlanışdan keçə bilsəm, “Qarabağ”da qalıb oynayacam. Planım Azərbaycanda oynayıb ölkə futboluna müəyyən töhfə verməkdir. Sonra isə istərdim ki, Türkiyə çempionatında oynayım. Uşaqlıqdan ən böyük arzum “Qalatasaray”ın şərəfini qorumaqdır. Bunun üçün də əlimdən gələni edirəm.
 
- Azərbaycan çempionatının səviyyəsi səni qane edirmi?
- Qonşu ölkələrə və Avropaya baxanda çox zəifdir bizim çempionat. Buna baxmayaraq yaxşı komandalarımız, istedadlı oyunçularımız var. Əvvəlki illərə baxdıqda çempionatda müəyyən canlanma his olunur. Yəqin yaxın bir neçə ilə bizim çempionat da qonşu ölkələr olan Rusiya, Türkiyə çempionatları səviyyəsinə çatar. Bizdə futbol bazaları çox aşağı səviyyədədir. Ayrı-ayrı klubların gəncləri bir stadionda növbə ilə məşq edirlər. Futbolçular hər gün yox, iki-üç gündən bir məşq edirlər. Amma Ukraynada belə deyil. Bir futbol klubunun bəzən bir neçə bazası olur. Elə mənim oynadığım “Zirka” komandasının bir neçə bazası var. Demək olar, hər gün məşq edirik. Gərək uşaq futboluna ciddi qayğı ola. Uşaq futbolu olmayan yerdə gələcək yoxdur.
 
- Bir futbolçu kimi hansı nailiyyəti əldə etmək istəyərdin?
- Ən azı UEFA Çempionlar Liqasının qalibi olmaq istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.