9 yanvar 2012 11:28
“Jaba Azərbaycanda ən yaxşı legionerdi”
"Bakı” futbol klubunun beynəlxalq əlaqələr üzrə müşaviri, “Bakı” voleybol klubunun icraçı direktoru və menecer Tunc Afşar azerisport.az saytının suallarını cavablandırıb.
- Hafiz Məmmədov bu yaxınlarda bəyan etdi ki, “Bakı” bundan sonra idman klubu olacaq. Sizin bu məsələyə münasdibətinizi bilmək istərdik...
- “Bakı” möhtəşəm bir layihə həyata keçirmək istəyir. Anar Məmmədov və Hafiq Məmmədov digər idman növlərində də sözlərini demək istəyirlər. İndi “Bakı”nın bazasında voleybol meydançasının yaradılması planlaşdırılır. Ondan sonra voleybol komandamız öz ev oyunlarını məhz burda keçirə biləcək. Orda futzal və basketbol oyunlarının keçirilməsi də mümkün olacaq. Bu, kompleks bir işdi. Fikrimcə, “Bakı” idman klubu ölkədə ən aparıcılardan olacaq.
- Son dövrlər siz daha çox voleybola diqqət ayırmaqdasız...
- Mən də legionerlərin Azərbaycan klublarına gəlməsində yaxından iştirak edirəm. Hamıya məlumdu ki, bu idman növü Azərbaycanda sürətlə inkişaf edir. Ötən mövsüm “Rabitə” Çempionlar Liqasının finalına çıxdı, “Azərreyl” Challenge Cup turnirini qazandı. Fikrimcə, yeni mövsümdə uğurlarımız daha çox olacaq. Klublarımız ən azı bir titul qazana biləcəklər. Azərbaycan çempionatının səviyyəsi indi çox yüksəkdi.
- Adlı-sanlı voleybolçuları ölkəmizə gətirmək çətin deyil ki?
- Əvvəllər çox çətin idi. Əvvəllər danışıqlara başlayan kimi, soruşardılar ki, Azərbaycan harda yerləşir, çempionat necədi? Amma indi əksər voleybolçuların özləri burda oynamağı arzulayırlar. Çünki bizim çempionat Avropada ən güclülərdən birinə çevrilib. Mənə çoxlu voleybolçulardan məktublar gəlir ki, onlara Azərbaycanda klub tapmağımı xahiş edirlər. Azərbaycan voleybolunun bu cür inkişafında mən Ziya Məmmədovla Faiq Qarayevin rolunu xüsusi qeyd etmək istərdim.

- Amma klublarımızdan fərqli, yığmamız uğurlu çıxış edə bilmir...
- Yığmanın öz imici var. Son Aç-də Qarayevin komandası yaxşı çıxış etdi. Bəzi aparıcı oyunçularımızın zədəli olması əsas problem idi. Bu, komandanın oyununa təsirsiz ötüşmədi. Əks halda Azərbaycan mükafatçılar sırasına düşə bilərdi.
- Bəs bizim oyunçulardan kimlər xaricdə çıxış edə bilərlər?
- Oksana Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova müxtəlif xarici klublarda çıxış ediblər. Futboldan fərqli olaraq, azərbaycanlı voleybolçuların aparıcı əcnəbi klublara keçməsi daha asandı. Sadəcə, burda çempionatın səviyyəsi daha güclü olduğuna görə, onların getməsinə də ciddi ehtiyac yoxdu. Bizim çempionatda hər komanda yüksək səviyyəli oyun göstərir, zəif yoxdu.

- Vaxtilə sizin gətirdiyiniz Jaba indi “Bakı”da heç də əsas heyət oyunçularından sayılmır...
- Jaba Azərbaycanda ən yaxşı legionerdi. Mən belə hesab edirəm. Vaxtilə o, Robinyo, Kaka kimi futbolçularla birgə top qovub. Gözəl karyeraya malikdi. O, “Bakı”ya kubok qazandırdı, çoxlu vacib qollara imza atıb. Jaba hələ sözünü deyəcək. Qış fasiləsindən sonra onun üçün daha asan olacağını düşünürəm.