9 yanvar 2012 11:42
Vaqif Sadıqov Anji ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Rusiyanın “Anji” klubuyla yolları ayırıb. Azerisport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Yuri Krasnojan həmyerlimizlə işləmək istəməyib.
Yenicə bu posta gətirilən rusiyalı mütəxəssis özü ilə başqa köməkçilər gətirdiyindən, Sadıqovu komandada saxlamaq istəməyib. Xatırladaq ki, Vaqif Sadıqov Mahaçqala klubunun sabiq baş məşqçisi Hacı Hacıyevin dəvəti ilə Rusiya klubuna getmişdi.
