9 yanvar 2012 11:54
Vaqif Sadıqov Anjidən ayrılmasına münasibətini açıqladı
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Rusiyanın “Anji” klubuyla yollarını ayırmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yeni baş məşqçi Yuri Krasnojan mənimlə söhbət etdi. Söhbət zamanı xahiş etdi ki, onu düzgün başa düşüm. O, mənə Azərbaycanın ən yaxşı məşqçilərindən biri kimi hörmət etdiyini vurğuladı. Amma bildirdi ki, özü ilə köməkçilərini də gətirəcək. Buna görə də məşqçilər korpusunda belə dəyişiklik başadüşüləndi. Krasnojan xidmətlərimə görə də minnətdarlığını bildirdi. Mən də öz növbəmdə “Anji”yə uğurlar arzuladım”.