9 yanvar 2012 00:01
Vəli Qasımov: Ən yaxşı oyunumuzu keçirdik
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşadək futbolçulardan ibarət Litva və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra millimizin çalışdırıcısı Vəli Qasımov matçla bağlı fikirlərini söyləyib. Azerisport.az xəbər verir ki, o, komandamızın penaltilərlə uduzduğu (1:1, 5:6) oyundan sonra bunları dilə gətirib:
“Məğlub olmağımıza baxmayaraq, turnirdəki ən yaxşı oyunumuzu keçirdik. Təəssüf ki, qol epizodlarından yararlanmaqda çətinlik çəkirik. Amma çox sayda qol epizodu yarada bilməyimiz yaxşı haldı. Hesabda irəli çıxmışdıq, lakin azlıqda qaldıqdan sonra qol buraxdıq.
Penalti seriyasına xüsusi hazırlaşmamışdıq. Ümumiyyətlə, düşünürəm ki, penalti vurmağı hər bir peşəkar futbolçu bacarmalıdı”.
