9 yanvar 2012 00:07
“Azərbaycanla oyunda bəxtimiz gətirdi”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşadək futbolçulardan ibarət Litva və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra litvaların baş məşqçisi Antanas Vinqilis matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının penaltilərlə qələbə qazandığı görüşü belə şərh edib:
“Etiraf edim ki, bu oyunda bəxtimiz gətirdi. Vaxtında toparlandıq. Oyunun gedişində hesabda geri düşməyimizə baxmayaraq, emosiyalarımız gizlədərək bərabərlik əldə etdik və sonda lotereyada qələbə qazandıq. Yeri gəlmişkən, bu turnirə qədər keçirdiyimiz təlim-məşq toplanışlarında 11 metrlik zərbələr üzərində çalışmışdıq. Gördüyünüz kimi, işimizə yaradı”.