9 yanvar 2012 00:38
“Neftçidə hansısa mövqenin gücləndirilməsinə ehtiyac yoxdu”
Futbol üzrə yığma komandamızın, eləcə də “Neftçi”nin hücumçusu Fərid Quliyev azerisport.az saytına müsahibəsində klubundan, çıxışından, “Konyaspor”dan aldığı təklifdən danışıb.
- Qarşıda “Neftçi”ni təlim-məşq toplanışı gözləyir. Orda həmçinin Rumıniya, Polşa, Ukrayna, Rusiya klubları ilə qarşılaşmağınız mümkündü. Ümumiyyətlə, sizi gözləyən toplanış barədə nə düşünürsüz?
- Hazırda komandamız istirahətdədi. Yanvarın 10-da bir araya gələcəyik. Bizi yaxşı komandalarla oyunlar gözləyir. Hamısı əla rəqiblərdi. Rəqiblərimiz nə qədər güclü olsalar, bizim üçün bir o qədər yaxşıdı. Belə oyunlar adətən çempionatdakı uğurlu çıxışa da səbəb olur. Belə rəqiblərlə oyunlar futbolçuların da səviyyəsini artırmasına zəmin yaradır.

- Bu oyunlardakı uğursuzluqlar çempionatdakı oyunlarınıza öz təsirini göstərməyəcək ki?
- Xeyr. Bu, istənilən halda bir toplanışdı. Keçirəcəyimiz oyunlarda da əsas məqsəd təcrübə qazanmaq, yaxşı hazırlıq keçməkdi. Belə oyunlarda nəticə ikinci plana keçir. Odu ki, burdakı hansısa uğursuzluq çempionat oyunlarında mənfi təsirini göstərə bilməz.
- Bu yaxınlarda xəbər çıxdı ki, Türkiyənin “Konyaspor” klubu sizi heyətinə qatmaq istəyir...
- Bu yöndə konkret heç nə yoxdu. Düzdü, Türkiyə klubunun bu marağından xəbərim var. Bu haqda mətbuatda da oxumuşam. Amma rəsmi təklif gəlməyib. Ona görə də bununla bağlı konkret heç nə deyə bilmərəm.
- Bu yöndə konkret heç nə yoxdu. Düzdü, Türkiyə klubunun bu marağından xəbərim var. Bu haqda mətbuatda da oxumuşam. Amma rəsmi təklif gəlməyib. Ona görə də bununla bağlı konkret heç nə deyə bilmərəm.
- Mövsümün əvvəlində “Neftçi”dən Amit Quluzadə Türkiyə “Erciyyespor”una keçdi, ardından Araz Abdullayev Yunanıstan “Panionios”una icarəyə yollandı. İndi siz bu ənənəni davam etdirmək istəməzdiz?
- Arazın keçidi təbii ki, onun özü üçün böyük üstünlükdü. O, nəhayət ki, ölkə xaricində çıxış edə biləcək. Fikrimcə, hər bir futbolçu Yunanıstan, Türkiyə, Rusiya kimi ölkələrin klublarında forma geymək istər. Düzü, mən özüm də istərdim ki, ölkə xaricində çıxış edim. Amma özüm buna heç vaxt can atmamışam. Mümkün gedişimə gəlincə, mənim “Neftçi” ilə müqaviləm var. Konkret heç bir dəvət də toxdu. Ona görə də hansısa keçiddən danışmağa dəyməz.
- Emil Mpenzanın mümkün gedişi sizin işinizi asanlaşdıracaqmı?
- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Düzdü, Mpenza gedə də bilər, qala da. Həmçinin “Konyaspor”la bağlı məsələdə də hər şey mümkündü. Amma mən bütün bunlar haqda öncədən nəsə düşünüb, danışmağa ehtiyac duymuram.

- Əsas heyətə düşməkdə çətinlik çəkməyiniz nə ilə bağlıdı?
- Mən komandaya gec qoşulmuşdum. Bir neçə oyunu buraxdıqdan sonra bəzi oyunlarda meydana çıxmaq şansı qazandım. Bizim taktiki sxemimiz elədi ki, bir hücumçu ilə oynamalı oluruq. Bahodir Nasimov da yaxşı forma yığmışdı. O, ötən mövsüm də çox qol vurmuşdu, bu mövsümə də yaxşı başlayıb. Mən də meydana nə vaxt çıxsam, qol vurmağa çalışıram və bu məndə alınır.
- Sizcə, “Neftçi”də hansı mövqenin güclənməsinə ehtiyac var?
- Biz yeganə komandayıq ki, heyətimiz ötən mövsümlə müqayisədə ciddi dəyişməyib. Yəni formalaşmış heyətimiz var. Ona görə də hansısa mövqenin gücləndirilməsinə ehtiyacımızın olduğunu düşünmürəm.