10 yanvar 2012 15:54
Yığmamız beynəlxalq turnirdə sonuncu oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın U-19 millisi Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə bu gün son matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 11-12-ci yerlər uğrunda mübarizədə Latviya yığması ilə qarşılaşıb.
Turnirin ən zəif komandası olmamaq üçün Vəli Qasımovun yetirmələri bu görüşdə qələbə qazanmağa borcluydular. Lakin təəssüf ki, futbolçularımız bunun da öhdəsindən gələ bilməyiblər. Daha üstün oynayan latviyalılr yığmamızı sonuncu ediblər.
Xatırladaq ki, mübarizə apardığı A qrupunda ilk oyununu Finlandiyaya qarşı keçirən millimiz həmin görüşdə 0:7 hesabıyla uduzsa da, növbəti matçında Sankt-Peterburqa 2:1 qalib gəlmişdi. Nəticədə qrupunda 3-cü yeri tutan komandamız, B qrupunda müvafiq pillədə qərarlaşmış Litva yığması ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşmışdı. Lakin əsas vaxtı 1:1 tamamlanan görüşün taleyini penaltilər həll etmişdi ki, burda da litvalılar güclü olmuşdular.
Beynəlxalq turnir
10 yanvar
Azərbaycan – Latviya- 1:2 (1:1)
12. Millimiz hesabda geri düşür - 0:1
41. Komandamız bərabərlik qoluna imza atır - 1:1
81. Fubolçularımızdan biri meydandan qovulduğu üçün yığmamız azlıqda qalır
90. Latviyalılar ikinci qola sevinirlər
Millimiz meydana aşağıdakı heyətlə çıxıb: 12. Rəşad Əzizov, 2. Tural Hümbətov, 3. Azər Abbasov, 6. Fuad Bayramov (k), 7. Namiq Ələsgərov, 10. Elşən Abdullayev, 15. Murad Musayev, 17. Şamil Camaləddinov, 19. Azər Salahlı, 9. Məqsəd İsayev, 13. Samir Məsimov.
Ehtiyat oyunçular: 1. Tofiq Şəfiyev, 11. Orxan Əliyev, 5. Samir Yusifov, 8. Ruslan Bədəlov, 18. Əli Əliyev, 20. Tural Məmmədli.
Ehtiyat oyunçular: 1. Tofiq Şəfiyev, 11. Orxan Əliyev, 5. Samir Yusifov, 8. Ruslan Bədəlov, 18. Əli Əliyev, 20. Tural Məmmədli.
