10 yanvar 2012 13:28
İtaliya A Seriyasında növbəti baş məşqçi dəyişikliyi
İtaliya A Seriyasında növbəti baş məşqçi dəyişikliyinə əl atılıb. Azerisport.az xəbər verir ki, “Parma” rəhbərliyi Franko Kolomba ilə yolları ayırmağa qərar verib.
Buna ölkə çempionatının son turunda komandanın “İnter”ə 0:5 hesablı yenilgisi səbəb olub. 56 yaşlı mütəxəssisin komandası noyabrdan bəri qələbəyə həsrət idi. Son altı oyunda isə cəmi 4 xal toplaya bilmişdi. Məhz bu səbəbdən klub rəhbərliyi onu işindən azad edərək, komandanın sükanı arxasına başqa məşqçi gətirib. Bu, Roberto Donadonidi.
İtaliya yığmasının sabiq çalışdırıcısı komandanı hazırkı vəziyyətdən çıxarmağa çalışmalıdı. Bu mütəxəssis komandanı turnir cədvəlinin 15-ci pilləsində qəbul edib. Qeyd edək ki, Donadoninin son iş yeri “Cagliari” olmuşdu. 48 yaşlı mütəxəssis vaxtilə “Genoa”, “Livorno” və “Napoli”də də çalışıb.
