10 yanvar 2012 13:44
FİFA referisi Türkiyə toplanışına aparılmır
Yanvarın 15-də azərbaycanlı futbol hakimləri Türkiyəyə növbəti təlim-məşq toplanışına yola düşəcəklər. Azerisport.az xəbər verir ki, Antalya yoplanışına 38 hakim aparılacaq.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun verdiyi məlumata görə onların arasında FİFA referisi Vüsal Əliyev yer almayacaq. Buna sözügedən referinin əməliyyat olunması səbəb göstərilir.
Türkiyəyə həmçinin Ceyhun Haşımov, Ramil Diniyev və Elnur Muradov da aparılmayacaq. Hansı ki, bu hakimlər çempionat oyunlarında müxtəlif yanlış qərarları ilə diqqət mərkəzinə düşmüşdülər.
