10 yanvar 2012 13:57
“Fərqli ölkə klubları ilə qarşılaşmağımızı istərdim”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak komandasının qış hazırlıq planları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müshaibəsində o, bunları dilə gətirib:
“Artıq komandanı bir araya gətirib, ilk məşqçimizi keçirmişik. Bütün oyunçularımız düşərgəyə yaxşı əhval-ruhiyyədə dönüblər. Heç birində artıq çəki hiss olunmur. Amma buna bəzi testlərdən sonra tam əmin olacam. Yaxın 10 gün ərzində Qəbələdə hazırlıq keçəcəyik. Yanvarın 19-da is Türkiəyəyə yola düşəcəyik. Fevralın dördünə qədər orda hazırlaşacağıq.
Qəbələdə əsas diqqəti fiziki hazırlığıa yönəldəcəyik. Antalya toplanışında isə sınaq matçlarına yer verəcəyik. Bütövlükdə beş oyun keçirəcəyik. Üç rəqibimiz artıq məlumdu. Rumıniyanın “Cluj”, Qazaxıstanın “Atırau” və Ukraynanın “Krivbass” klubları ilə üz-üzə gələcəyik. Rəhbərliyə məhz belə klublarla qarşılaşmaq istədiymizi demişdim. Təbii ki, 100 faiz uyğun rəqib tapmaq çox çətindi. Əsas istəyim odu ki, rəqiblərimiz heç olmasa öz ölkəsinin yüksək liqa təmsilçisi olsun. Həmçinin fərqli ölkə təmsilçiləri ilə qarşılaşmağımızı istərdim”.