10 yanvar 2012 14:21
Fatih Kavlak: O, mənə lazım olan oyunçudu
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak komandasının yeni transferi Yannik Kamananla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu futbolçunu çoxdan tanıyıram. Onu məhz özüm seçmişəm. Yaxşı futbolçudu və əminəm ki, fransızın komandamıza çox köməyi dəyəcək. Kamanan mənə lazım olan futbolçulardandı. Onun bizə Serje Cehuadan daha çox köməyi dəyəcək”.

Kavlakın sözlərinə görə, 31 yaşlı forvard böyük ehtimalla bölgə təmsilçisinin yeganə transferi olmayacaq: “Hələ komandamıza başqa hansısa futbolçunun gəlməsi dəqiq deyil. Amma daha bir əcnəbi futbolçuya ehtiyacımız var. Həmçinin bir yerli oyunçu ilə danışıqlar aparırıq. Adını açıqlamayacağam. Lakin komandada rəqabəti gücləndirmək üçün ona ehtiyacımız var”.