10 yanvar 2012 15:12
Kəpəz fəaliyyətini davam etdirəcək
“Kəpəz” Peşəkar Futbol Klubu Premyer Liqada fəaliyyətini davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevin klubun sponsorları və rəhbərliyi ilə apardığı söhbətlərdən sonra bu qərara gəlinib. Mətbuat xidmətindən onu da bildiriblər ki, komanda sabahdan etibarən toplaşaraq məşqlərə başlayacaq. Artıq bir neçə legioner və yerli futbolçular klubun bazasındadırlar. Yaxın günlərdə komanda tam heyətlə formalaşacaq.
