10 yanvar 2012 17:18
Əfran İsmayılov: BATE-yə transferim yayda mümkündü
Futbol üzrə Azərbaycan millisinin, eləcə də “Qarabağ”ın şərəfini qoruyan Əfran İsmayılov Belarusun BATE klubuna mümkün keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bəli, mənə bu klubun maraq göstərməsindən xəbərim var. Mənə belə bir təklif ünvanlamışdılar. Amma mən indi “Qarabağ”ı yarıyolda qoya bilmərəm. Çünki komandamı qarşıda çətin oyunlar gözləyir. Həm də mənə həqiqətən əvvəlki formamı bərpa etmək üçün vaxt lazımdı. Yayda bu transfer tam mümkündü. Əlbəttə ki, Belarus klubu bunu istəsə”.

Qeyd edək ki, Əfranla yanaşı bu günlərdə Ağdam klubunun hücumçusu Rauf Əliyevin də Türkiyə “Göztepe”sinə keçidi gündəmdə olsa da, bu keçidə icazə verilmədi. Lakin Əliyevlə Almaniyanın birinci Bundesliqa klublarından biri də maraq göstərir.