10 yanvar 2012 11:19

Fabio: Braziliyaya qayıtmaq fikrim yoxdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Fabio Luis Ramim “Bakı”dan ayrılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
 
- “Bakı”dan ayrılacağımı komanda Türkiyə toplanışına gedərkən öyrəndim. Klubun baş meneceri Zeynal Məmmədov dedi ki, “Bakı”nı bir sıra futbolçular tərk edir. Onların arasında mən də var idim. Bu xəbər mənə çox pis təsir etdi. Amma klubun qərarına hörmətlə yanaşıram. Çünki son dövrlər əvvəlki kimi çıxış edə bilmirdim. Daha çox ehtiyat oyunçular skamyasında otururdum.
 
- Bəs buna nə səbəb olurdu ki?
- Yəqin ki, yorğunluq. Həm də aldığımı zədənin çox mənfi təsiri oldu. Məhz həmin zədədən sonra optimal formama qovuşa bilmədim. Baş məşqçi də heyəti dəyişmək istəmir. Əsas heyətdə oynayanlar onu qane edir, qalanları isə yox. Ona görə də ehtiyatda qalırdım.
 
- Aleksandr Starkovla hansısa probleminiz yox idi?
- Xeyr. Biz bir-birimizə hörmətlə yanaşırdıq. Əgər oynamırdımsa, nəyə irad tuta bilərdi ki? Mən bu mövsüm qətiyyən özümə bənzəmirdim.
 
- Azərbaycan yığmasındakı yerinizi itirəcəyinizdən qorxmursuz?
- Əgər klubsuz qalsam, yığmaya çağırılmayacağam. Belədə, mənə dəvət göndərilməməsinə də bir söz deyə bilmərəm. Çünki Berti Foqtsa klubunda oynayan futbolçular lazımdı. Mənim isə oyun təcrübəsi baxımından ciddi problemlərim var.
 
- Özünüzə Braziliyada klub axtarmaq barədə düşünmürsüz?
- Xeyr, hələ ora qayıtmaq fikrim yoxdu. Azərbaycanda axtaracağam. Fikrimcə, burda özümə komanda tapa bilərəm. Belə olan halda yığmaya qayıtmaq şansım da az olmayacaq.
 
- Sizcə, “Bakı”nın çempionatdakı uğursuz çıxışının səbəbi nədi?
- “Bakı” həqiqətən əvvəlki komanda deyil. Son mövsümü də boşa vermişdik. Bu mövsüm bir qədər yaxşı oynasaq da, bu, liderlik üçün yetərli deyil. Fikrimcə, zamanla hər şey yerini tapacaq. Vaxt lazımdı. Biz hər mövsümə pis başlayırıq. Amma yaxşı qurtarırıq.
 
- Sizcə, Azərbaycana gələn legionerlər niyə bir müddət sonra öz səviyyələrindən daha aşağı çıxış edirlər?
- Bilmirəm. Bir neçə mövsüm mənim oyunum yaxşı alınırdı. Son il isə mənimçün tamamilə uğursuz oldu. Zədə, yorğunluq. Məndə enerji çatışmır.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.