10 yanvar 2012 11:48
Bakı Deen Haaq və Zenit ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, AFFA-nın təşkil etdiyi U-15 Liqanın 2010-2011-ci il mövsümünün qalibi olmuş "Bakı"nın U-15 komandası Əsasnaməyə uyğun olaraq, assosiasiyanın hesabına yanvarın 8-dən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilib. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışının 7 günü AFFA-nın, 4 günü klubun hesabına reallaşdırılacaq.
Yanvarın 18-ə qədər davam edəcək hazırlıq mərhələsinin proqramını nəzərinizə çatdırırıq:
10 yanvar
Saat 19:30. “Bakı” U-15 - “Antalya Özer Spor”
11 yanvar
Saat 17:30. Məşq
12 yanvar
Saat 11:30. Məşq
Saat 17:30. Məşq
13 yanvar
Saat 19:30. “Bakı” U-15 - “Deen Haaq” U-17 (Hollandiya)
14 yanvar
Saat 17:30. Məşq
15 yanvar
Saat 17:30. Məşq
16 yanvar
“Bakı” U-15 – “Zenit” U-17 (Rusiya)
