10 yanvar 2012 00:02
Spartak Azərbaycan klubu ilə qarşılaşacaq
Rusiyanın “Spartak” (Nalçik) klubu Türkiyə toplanışı çərçivəsində Azərbaycan klublarından biri ilə yoldaşlıq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə qonşu ölkə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Maraqlıdı ki, məlumatda bu rəqibin AZAL olacağı bildirilir. Guya “Spartak” yanvarın 22-də Antalyada məhz “təyyarəçilər”lə qarşılaşacaq.
Lakin çox güman ki, Nalçik təmsilçisi Türkiyədə başqa klubumuzla qarşılaşacaq. Çünki AZAL qış hazırlıq prosesini Bakıda keçirəcək və yoxlama matçları da yerli komandalarla və bir Gürcüstan klubu ilə olacaq.
