10 yanvar 2012 00:07
2011-ci ilin rəmzi yığması müəyyənləşdi
FİFA 2011-ci il üçün dünyanın rəmzi yığma komandasını açıqlayıb. Azerisport.az xəbər verir ki, ən yaxşı 11 futbolçu seçimlərinə İspaniya damğasını vurub.
Belə ki, internet üzərinden aparılan səsvermə nəticəsində müəyyənləşən ən yaxşı 11-lik içində “Barcelona”dan 5, “Real”dan 4 futbolçu yer alarkən, 2 oyunçu da “Manchester United”dən seçilib.
2011-ci ilin ən yaxşı 11 futbolçusu: Kasilyas (Real), Dani Alveş (Barcelona), Pike (Barcelona), Serxio Ramos (Real), Nemanya Vidiç (Manchester United), Xabi Alonso (Real), Xavi (Barcelona), Andres İnyesta (Barcelona), Lionel Messi (Barcelona), Kristiano Ronaldo (Real), Runi (Manchester United).
