10 yanvar 2012 12:11
2012-ci ildə Azərbaycan daha çox futbolda uğur qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan 2012-ci ildə daha çox hansı idman növündə uğur qazanacaq” sualı ilə müraciət etdiyimiz sorğunun yekunlarını təqdim edirik.
Beləliklə, idman ictimaiyyəti yeni ildə daha çox futbolda uğur qazanacağımızı düşünür. Bu idman növündən uğur gözləyənləri 34 faiz təşkil edir.
Respondentlərin 33 faizi isə voleyboldakı uğurlarımızın sayının çox olacağını düşünür. Sonrakı yeri isə güləş tutur. Bu idman növündə uğur gözləyənlər də 17 faizdi.
