10 yanvar 2012 00:10
“Emin Mahmudovun Azərbaycan yığmasına gəlməsini real hesab etmirəm”
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, Rusiyanın “Anji” klubundan yenicə ayrılan Vaqif Sadıqov Moskva “Spartak”ında oynayan həmyerlimiz Emin Mahmudovun yığmamızda çıxış etmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şübhəsiz ki, Mahmudov çox yaxşı oyunçudu. Amma mən onun Azərbaycan yığmasına gəlməsini real hesab etmirəm. Biz daha çox yerli kadlara diqqət ayırmalıyıq. Hansı ki, onlar da belə yaxşı futbolçu ola bilərlər. Hətta Mahmudovdan da yaxşı futbolçularımızın olacağı istisna deyil”.
