10 yanvar 2012 00:22
İnter 2012-ci ildə ilk məşqinə çıxdı (FOTO)
“İnter” qış fasiləsinə yekun vurub. Azerisport.az xəbər verir ki, paytaxt komandası ötən gün “Şəfa” stadionunda toplaşaraq 2012-ci ildə ilk məşqini keçirib.
Qeyd edək ki, “bankirlər” yanvarın 13-dək Bakıda məşq edəcək, yanvarın 14-də isə Kaxaber Tsxadadzenin yetirmələri təlim-məşq toplanışı keçirmək məqsədilə Antalyaya yola düşəcəklər.
