11 yanvar 2012 13:25

Xəzər Lənkəranda iki belarus futbolçu

Bir neçə futbolçu hazırda “Xəzər Lənkəran” Futbol Klubunda baxışdan keçir. Azerisport.az xəbər verir ki, onlardan ikisi Belarusiyadandı. Bunlar Anton Kovalevski və Maksim Karpoviçdi. Futbolçuların hər ikisi 1986-cı il təvəllüdlüdü.
 
Anton Kovalevski qapıçıdı. O, 2002-2004-cü illərdə Vitebsk “Lokomotiv”inin, 2004-2010-da – Novopolotsk “Naftan”ının, 2010-2011-də - Bobruysk “Belşina”sının və 2011-ci ildə Jodino “Torpedo”sunun şərəfini qoruyub. Ümumilikdə Kovalevski ölkəsinin Premyer liqasında 102 oyun keçirib. Həmçinin bu futbolçu ölkəsinin milli komandalarında da çıxış edib: U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 Avropa çempionatı və seçmə oyunları; 2009-cu il gənclər arasında Avropa çemionatının final görüşləri). 2009-cu ildə Anton 2010-cu il dünya çempionatının seçmə oyununa da vətəninin milli yığmasına bir dəfə cəlb olunmuşdu. Həmin oyun Qazaxstana qarşı keçirilmişdi.
 
Maksim Karpoviç isə cinah müdafiəçisi qismində oynaya bilən mərkəz yarımmüdafiəçisidir. Bu futbolçu 2002-2004-cü illərdə Mozır şəhərinin “Slaviya” klubunda, 2004-2009-da - Novopolotsk “Naftan”ında, 2009-2010-da – Mogilyov “Dnepr”ində, 2011-ci ilin birinci yarısında Ukraynanın “Vorskla” (Poltava) klubunda, həmin ilin qalan hissəsində isə yenidən Novopolotsk “Naftan”ında çıxış edib. Maksim Belarusiyanın Premyer liqasında 170, Ukrayna Premyer liqasında 3, Avroliqada Mogilyovun “Dnepr” komandasının tərkibində 8 oyun keçirib. Yuxarıda göstərilən həmyerlisi kimi Karpoviç də Belarusiyanın U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 yeniyetmələrdən ibarət yığma komanda, Avropa çempionatı və seçmə oyunları) milli komandalarının üzvü olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.