12 yanvar 2012 02:23
İngiltərə kuboku: MC evdə Liverpoola uduzdu (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Crystal Palace” evdə “Cardiff City” ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyun günündə isə “Manchester City” “Liverpool” ilə üz-üzə gəlib. Bu görüşün də taleyini 1 qol həll edib. Lakin bu dəfə gülən meydan sahibləri yox, qonaqlar olub.
İkinci oyun günündə isə “Manchester City” “Liverpool” ilə üz-üzə gəlib. Bu görüşün də taleyini 1 qol həll edib. Lakin bu dəfə gülən meydan sahibləri yox, qonaqlar olub.
Qeyd edək ki, cavab oyunları yanvarın 24-25-də keçiriləcək.
İngiltərə Liqa kuboku
Yarımfinal (ilk oyunlar)
10 yanvar
Crystal Palace - Cardiff City – 1:0
11 yanvar
Manchester City - Liverpool - 0:1
