12 yanvar 2012 02:35
Fransa kubokunda bütün yarımfinalçılar bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Fransa Liqa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Səfərdə “Caen” ilə qarşılaşan Marsel “Olympique”i 3 cavabsız qolla qələbə qazanıb. Nəticədə bu komanda yarımfinala yüksələn ilk komanda olub.
Digər üç görüş ikinci oyun günündə baş tutub. “Nice” “Dijon” ilə qarşılaşıb. Görüşün əsas və əlavə vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq olan "Nice" mərhələ adlayıb. “Le Mans”ın qonağı olan “Lorient” 1 qolla gülüb. Lion “Olympique”i isə “Lille” ilə dueldən qalib ayrılmağı bacarıb.
Fransa Liqa kuboku
1/4 final
10 yanvar
Caen – Olympique (Marsel) – 0:3
11 yanvar
Nice - Dijon - 3:3 (penaltilərlə 5:3)
Le Mans - Lorient - 0:1
Olympique (Lion) - Lille - 2:1
