11 yanvar 2012 14:15
Musa Qurbanov: Bizim klublar menecerlərlə işləmək istəmirlər
Menecer Musa Qurbanov azerisport.az saytına müsahibəsində Əfran İsmayılov, Rauf Əliyev kimi azərbaycanlı futbolçuların xarici klublara mümkün transferindən, eləcə də Amit Quluzadənin karyerasından danışıb.
- Siz Rauf Əliyevin menecerisiz. Onun Türkiyə “Göztepe”sinə keçidi ilə bağlı danışıqlar nə dərəcədə həqiqidi?
- Türkiyə variantı o qədər də inandırıcı deyil. “Göztepe” rəhbərliyi bir neçə dəfə Raufu heyətində görmək istədiyini bildirib. Biz də öz növbəmizdə tələblərimizi göndərmişik. Amma onlardan cavab çıxmayıb. “Göztepe” bu transferi az pulla həll etməyi düşünür. Lakin biz futbolçunun gələcəyini də düşünməliyik. Burda “Qarabağ”ın da fikri önəmlidi. Çünki futbolçu müqavilə ilə bu kluba məxsusdu. Türkiyə klubu çətin ki, şərtlərimizlə razılaşsın. Buna baxmayaraq, Raufun ayrı çempionatda özünü göstərəcəyinə inanıram.
- Bildiyimiz qədərilə, ona Almaniya klubu da maraq göstərir...
- Bəli, Almaniya klubundan real təklif var. Onlar artıq bir neçə aydı futbolçunu maraq dairəsində saxlayırlar. Rauf istedadlı oyunçudu. O, hətta mövsümün sonuna kimi “Qarabağ”da qalsa da belə, başqa kluba keçəcək. Hətta “Brugge” ilə oyundan sonra bəzi Belçika klubları da onunla maraqlandı. Amma sonralar onlardan səs-soraq çıxmadı.

- Belarus BATE-si də “Qarabağ”ın digər oyunçusu Əfran İsmayılova elçi düşüb...
- BATE həqiqətən onunla maraqlanır. Ötən mövsüm aldığı zədə Əfranı çox geri saldı. Amma mən onun BATE-də oynamasını mümkün sayıram. Əfranda böyük potensial var və daha güclü çempionatlarda özünü göstərə bilər. Hələ optimal formasını yığa bilməyib. Bir il əvvəl onunla Rusiya klubu da maraqlanırdı.

- Siz əsasən “Qarabağ”ın oyunçuları ilə çalışırsız. Bəs bu komandanın baş məşqçisi olan qardaşınız Qurban Qurbanov üçün yeni oyunçular tapmağa niyə kömək etmirsiz?
- Qurbanın bununla bağlı öz strategiyası var. Hərdən ona futbolçu təklif edirəm. Amma o, lazım bildiyi oyunçulara ehtiyac duyur. Qurban “Qarabağ”da daha çox yerli futbolçu olmasını istəyir, həmişə azərbaycanlılara üstünlük verir.
- Çalışdığınız sahədə nə kimi çətinlikləriniz var?
- Sirr deyil ki, bizim futbolçular Azərbaycandan kənarda populyar deyillər. Bu sahədə əsas problem isə klublarladı. Onların çoxu menecerlərlə işləmək istəmirlər. Onlar danışıqları birbaşa aparmaqda maraqlıdılar. Amma Avropa klubları bu məsələlərdə ən kiçik detallara da diqqət ayırırlar. Hərdən bəzi komandalar öz futbolçularını buraxmaq istəmirlər. Ya da həddən artıq böyük məbləğ tələb edirlər.
- İndiyə qədərki ən uğurlu işiniz hansı olub?
- Amit Quluzadənin transferində böyük rolum olub. Quluzadəni Türkiyə klubuna məhz biz təklif etmişdik. Hələ də onlarla əlaqə saxlayıb, Quluzadənin işləri ilə maraqlanıram. Yeni baş məşqçi ona güvənir. Fikrimcə, Amit Türkiyədə özünü sübut edə biləcək.

- Bu yaxınlarda Araz Abdullayev də Yunanıstan klubuna keçdi...
- Araza “Panionios”da ancaq uğurlar arzulayıram. O, öz oyunu ilə də göstərir ki, xaricdə çıxış edə bilər. Araz daha güclü çempionata keçə bilər. İndi Yunanıstanda böyük böhran hökm sürür. Bir çox futbolçu maliyyə problemlərinə görə bu ölkədən gedirlər. Arazın ordakı gələcək taleyinin necə olacağını zaman göstərəcək. İndi ona sadəcə əsas heyət oyunçusu olmaq lazımdı.