13 yanvar 2012 11:55
Barcelona sürprizə imkan vermədi (YENİLƏNİB)
Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
“Mallorca” doğma meydanda “Real Sociedad”la üz-üzə gəlib. Meydan sahibləri ilk oyunda məğlub olduqları rəqibi darmadağın etməklə mərhələ adlayıblar. “Racing” ilk oyunda uduzduğu aşağı liqa təmsilçisi “Mirandes”ə cavab verə bilməyincə, kubokdan kənarda qalmalı olub. “Real” isə “Malaga”nın sürprizə imza atmasına imkan verməyib.
İkinci oyun günündə “Levante” “Alcorcon”, “Espanyol” “Cordoba” üzərində inamlı qələbə qazanmaqla həm ilk oyundakı yenilgilərini unutdurmuş olub, həm də mərhələ adlayıb. “Sevilla” da “Valencia” ilə dueldən qalib ayrılıb. Amma səfər qolu məhz qonaqların mərhələ adlamasına imkan yaradıb.
Nəhayət, son gündə “Athletic” “Albacete”ni darmadağın edərək mərhələ adlayıb. “Osasuna”nın qonağı olan “Barcelona” da sürprizə imkan verməyib.
İspaniya kuboku
1/8 final (cavab oyunları)
10 yanvar
Mallorca - Real Sociedad – 6:1 (ilk oyun – 0:2)
Racing – Mirandes – 1:1 (0:2)
Malaga – Real – 0:1 (2:3)
11 yanvar
Levante – Alcorcon 4:0 (1:2)
Espanyol – Cordoba - 4:2 (1:2)
Sevilla – Valencia 2:1 (0:1)
12 yanvar
Athletic – Albacete - 4:0 (0:0)
Osasuna – Barcelona - 1:2 (0:4)
