11 yanvar 2012 15:04
Qarabağ Cavadov xəbərlərini yalanladı
Bəzi mətbuat orqanlarında Vaqif Cavadovun Rusiyanın “Volqa” klubundan ayrılması və hazırda “Qarabağ”la danışıqlar aparması barədə informasiyalar yayılıb. Lakin Ağdam klubundan bu xəbərlər təsdiqlənməyib.
Klubdan azerisport.az saytına verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir: “Vaqif Cavadovla heç bir danışıq aparmırıq. Bu informasiya həqiqəti əks etdirmir”.
