11 yanvar 2012 17:46
Rəvanın iki rəqibinin adını məlumdu
“Rəvan” qış hazırlıq prosesi dönəmində üç yoxlama matçı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, paytaxt klubu mövsümün qalan hissəsinə Mingəçevirdə hazırlaşacaq.
“Sarı-qırmızılar” hələlik sınaqçı-rəqilərdən ikisinin adını müəyyənləşdirib. Belə ki, bunlardan biri birinci divizion təmsilçisi “Karvan”, digəri isə “Simurq” olacaq. Üçüncü rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Rəvan” hazırlıqlara yanvarın 16-da başlayacaq. Bakı klubu tibbi baxışdan keçdikdən sonra Mingəçevirə yola düşəcək.
