11 yanvar 2012 19:36
Volqa rəsmisi: Vaqif komandadan getməyib
Rusiyanın “Volqa” klubunun idman direktoru Dmitri Polyaçkin bu komandanın azərbaycanlı hücumçusu Vaqif Cavadovun gedişi haqda yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Vaqif Cavadov komandadan getməyib. O, bir qədər xəstələnmişdi və buna görə də Bakıya qayıtdı. Şübhəsiz ki, sağlamlığı qaydasına düşən kimi, Cavadov yenidən komandaya qayıdacaq. Vaqif klubumuzun oyunçusudu. Lakin gələcəkdə hər şey mümkündü. Heç kim heç nədən sığortalanmayıb”.