11 yanvar 2012 19:44
Almaniya, Bolqarıstan və Qazaxıstan klubları Neftçiyə rəqib oldu
"Neftçi" PFK təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, komanda "Mardansport" otelində məskunlaşıb. Flaqman bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən otelin meydançasında ilk məşqə çıxıb.
"Neftçi"nin hazırlıq prosesinin ilk mərhələsində keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqiblər müəyyənləşib. Komanda yanvarın 17-də "Dinamo" (Drezden, Almaniya), 21-də "Aktobe" (Qazaxıstan), 24-də isə "Zaqora Beroe" (Bolqarıstan) klubu ilə qarşılaşacaq.
