11 yanvar 2012 11:47
“Azərbaycanı yalnız ailəmə görə tərk etdim”
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin azerisport.az saytına müsahibəsində “Araz”dan gözlənilməz gedişi, Moskvanın KPRF klubuna keçidi və karyerası haqda danışıb.
- Sizin “Araz”ı Rusiya klubuna dəyişməyiniz kifayət qədər gözlənilməz oldu...
- Mənim “Araz”la müqaviləmdə belə bir bənd var idi ki, istənilən vaxt komandanı tərk edə bilərdim. Mən həmişə evimə daha yaxın olan komanda axtarırdım. Bu yaşda ailəmə daha yaxın olmaq istəyirəm.
- Rusiya çempionatının debütantı ilə necə anlaşdınız?
- KPRF klubunun direktoru Arkadi Belıy vaxtilə “Araz”da da çalışmışdı. Mənimlə də məhz o əlaqə saxladı. “Araz” rəhbərliyi də mənim gedişimə qarşı çıxmadı.
- Bəs “Araz” sizsiz nə edəcək?
- Mən bu kluba gələrkən əsas istəyim o idi ki, UEFA kubokunda iştirak edim. Komanda artıq bu turnirdəki çıxışını başa vurub. Azərbaycan çempionatında isə mənsiz də keçinə bilərlər. Qapını Marat Salyanski qoruyacaq. O, kifayət qədər təcrübəli qapıçıdı. “Araz”ı sakit qəlblə tərk edirəm.

- Yəqin ki, bu transfer sizi maddi baxımdan da qane edir?
- Xeyr. Maddi planda uduzan məhz mənəm. “Araz”da daha çox qazanırdım. Dediyim ki, Azərbaycanı yalnız ailəmə görə tərk etdim.
- Azərbaycan yığması ilə münasibətlərinizdə nə dəyişiklik olacaq?
- Heç bir dəyişiklik olmayacaq. Sadəcə, bundan sonra hər şey məndən asılı olmayacaq. Bundan sonra sözügedən məsələni Belıy həll edəcək. Hazırda məni Bakıda keçiriləcək beynəlxalq turnirə çağırıblar. 14-16 yanvar aralığında keçiriləcək həmin oyunlarda çıxış etməliyəm. Ardından isə Rusiya çempionatına qayıdacağam.

- Deməli, milliyə dəvət almaq üçün də çalışmalı olacaqsız...
- Mənim daha güclü çempionatda çıxış etməyim yığma üçün müsbət amildi. Amma bütövlükdə bunun faydasını zaman göstərəcək.
- AÇ-2012 ilə bağlı nə kimi gözləntiləriniz var?
- Təəssüf ki, Maşado Nilson bizə kömək edə bilməyəcək. Amma ümid edirəm ki, onsuz da bacaracağıq. Ötən turnirdəki uğurumuzu təkrarlamaq istəyirik. Yenidən yarımfinala çıxmalıyıq. Bunun üçün hər cür imkan və gücümüz var.

- Yeri gəlmişkən, artıq 45 yaşınız var. Karyeranızı bitirmək haqda düşünmürsüz?
- Xeyr. Mənim oynamaq üçün kifayət qədər gücüm var. Gördüyünüz kimi, hələ mənə tələbat var. Hələ nə qədər oynayacağımı bilmirəm. Gücüm varsa, bu imkandan yararlanmağa çalışacağam.
- Xeyr. Mənim oynamaq üçün kifayət qədər gücüm var. Gördüyünüz kimi, hələ mənə tələbat var. Hələ nə qədər oynayacağımı bilmirəm. Gücüm varsa, bu imkandan yararlanmağa çalışacağam.