11 yanvar 2012 12:01
Bakı Türkiyə klubunu məğlub etdi
Antalyada təlim-məşq toplanışında olan “Bakı”nın U-15 komandası yanvar ayının 10-da ilk yoldaşlıq oyununa çıxıb. Azerisport.az xəbər verir ki, "Antalya Özerspor"la qarşılaşan “zolaqlılar”ın U-15 komandası 3:1 hesablı qələbə qazanıb.
Komandamızın qollarına Ulvi Suleymanov, Nuradi Dasayev və Zaur Həsənzade imza atıblar.
Xatırladaq ki, 2010/11-ci illər mövsümü U-15 Liqanın qalibi olan “Bakı”nın 15 yaşlılardan ibarət komandası yanvar ayının 8-dən etibarən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışındadı.
11 gün ərzində Türkiyədə təlim-məşq toplanışı keçəcək U-15-in daha 2 yoldaşlıq oyunu keçirəcəyi planlaşdırılır. Komanda yanvar ayının 13-də Hollandiyanın “Deen Haaq” U-17, 16-da isə Rusiyanın “Zenit” U-17 komandaları ilə qarşılaşacaq.
