11 yanvar 2012 12:28
Bakı Rumıniya klubu ilə qarşılaşacaq
Antalyaya təlim-məşq toplanışına yollanan “Bakı” Rumıniya klubu ilə yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yanvar ayının 26-da baş tutacaq qarşılşamada rəqib "Panduri" klubu olacaq.
Tam adı "Clubul Sportiv Pandurii Lignitul Târgu Jiu" olan Rumıniya klubu ötən mövsümü 13-cü yerdə başa vurub. Baş məşqçi Petre Qriqoraşın rəhbərliyi altında hazırlıq keçən "Panduri"nin heyətində Rumıniyalı futbolçularla bərabər Kot Divuar, Braziliya və Portuqaliyadan olan legioner futbolçular yer alır.
"Panduri" Rumıniya çempionatının ilk dövrəsindən sonra 30 xalla 5-ci pillədə qərar tutur. Komanda keçirdiyi 18 oyunun 8-də qalib gələrək, 6 oyunu heç-heçə başa vurub.
