11 yanvar 2012 00:05
“Onları Azərbaycanla oyuna hazırlaşdırmaq mənim üçün işin ən çətin tərəfi idi”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşadək futbolçulardan ibarət Latviya və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra latviyalıların baş məşqçisi Oleq Blaqonadyojdin matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Futbolçularımı bu oyuna hazırlaşdırmaq, onlara lazımi sözləri tapıb demək mənim üçün işin ən çətin tərəfi idi. Komandada özünəinamın yaranması üçün qol vurmağa ehtiyacımız vardı. Futbolçularıma demişdim ki, qol vursaq, oyun istədiyimiz məcrada gedəcək. Qapıçımıza ayrıca təşəkkür edirəm. “Qapıçı komandanın yarısıdı” deyimi, bu gün məhz bizim qapıçımıza aid oluna bilər”.
