13 yanvar 2012 00:55
Türkiyə kuboku: Fenerbahçe də mərhələ adladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Bursaspor” “Şanlıurfaspor”la, “Galatasaray” isə “Adana Demirspor”la dueldən 4:1 hesablı qələbə ilə ayrılıb. Nəticədə hər iki qalib komanda adını növbəti mərhələyə yazdırıb.
İkinci oyun günündə bir sıra sürpriz nəticələr qeyd alınıb. Məsələn, "Boluspor"un qonağı olan Superliqa klubu "Genclerbirligi" kubokla vidalaşmalı olub. Bu komanda ilə yanaşı "Manisaspor" da aşağı liqa klubuna uduzmaqla azarkeşlərinə şok yaşadıb. Doğma meydanda "Gaziantep BB" ilə üz-üzə gələn "Beşiktaş" isə mərhələ adlamağı bacarıb.
Son oyun günündə isə "Rizespor" və "Fenerbahçe" doğma meydanda qazandığı qələbə sayəsində kubokdakı mübarizəsini davam etdirmək hüququna yiyələnib.
Bütün nəticələrlə aşağıda tanış ola bilərsiz:
Türkiyə kuboku
3-cü mərhələ
10 yanvar
Bursaspor – Şanlıurfaspor – 4:1
Galatasaray - Adana Demirspor – 4:1
11 yanvar
Akhisar Belediye Genclik Ve Spor - Kayserispor - 0:1
Boluspor - Genclerbirligi - 3:2
Bugsasspor - Manisaspor - 2:1
Eyupspor - Eskisehirspor - 2:3
Gaziosmanpaşa - Antalyaspor - 1:3
Karabükspor - Unyespor - 2:0
Trabzonspor - Güngören - 2:0
Adanaspor - İstanbul BB - 1:2
Ankaragücü - Kasımpaşa - 2:6
Mersin İdmanyurdu - Sivasspor - 1:3
Beşiktaş - Gaziantep BB - 2:1
Samsunspor - Orduspor - 0:0 (penaltilərlə 4:2)
12 yanvar
Rizespor - Gaziantepspor - 3:2
Fenerbahce - Konya Torku Sekerspor - 4:1
