11 yanvar 2012 13:02
Xəzər Lənkəran türk mütəxəssislər dəvət etdi
Bu gün yeni il tətilindən sonra ilk dəfə Bakıda toplaşan "Xəzər Lənkəran" başda dünən Mali səfərindən qayıdan baş məşqçi Cüneyt Biçer olmaqla doğma şəhərə yola düşüb. Azerisport.az xəbər verir ki, komanda üzvləri yanvarın 6-dan Bakıda idilər və keçən günlər ərzində məşqlərini məhz paytaxtda keçirirdilər.
Komanda Lənkəranda yanvarın 13-dək olacaq. Bu müddət ərzində də futbolçuların gündəlik məşqləri nəzərdə tutulub. Daha sonra komanda yenidən Bakıya qayıdaraq Antalyada yanvarın 16-dan fevralın 2-dək keçiriləcək təlim-məşq toplanışına hazırlaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”da baxışda olan bir neçə gənc yerli və əcnəbi futbolçular, həmçinin klub tərəfindən Azərbaycana dəvət edilən türk tibb mütəxəssisləri də komanda ilə birgə Lənkərana gedir. Həmin türk ekspertlər futbolçuların funksional vəziyyətlərini təyin etmək üçün sabah klubun bazasında müvafiq test keçirəcəklər.
