12 yanvar 2012 13:42
AZAL Neftçinin üzvünü heyətinə qatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə buraxılmış AZAL klubu yanvarın 10-da toplanıb. Klubun mətbuat katibi Eldəniz Yusifov komandanın artıq 3 gündür ki, Şüvəlanda hazırlıqlara başladığını bildirib.
Azerisport.az xəbər verir ki, yanvarın 16-dan etibarən isə təlim-məşq toplanışının növbəti mərhələsinə start veriləcək. “Şeraton” mehmanxanasında məskunlaşacaq komanda yanvarın 18-də I Divizionda çıxış edən “Neftçala” klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırır.
“Yanvarın 26-da komanda Yevlaxa yollanacaq. Ertəsi gün isə AZAL “Rəvan” ilə hazırlıq oyununda qüvvəsini sınayacaq. Hazırda heç bir futbolçu baxışa gəlməsə də, “Neftçi”nin müdafiəçisi Tural Nərimanov icarə əsasında AZAL-ın şərəfini qoruyacaq”.
