12 yanvar 2012 13:54

“Qəbələdə baza və meydançalar çox xoşuma gəldi”

Artıq iki gündür “Qəbələ”nin hazırlıq prosesində yer alan yeni məşqçi İbrahim Bakır klubu barədə ilkin təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
“Qəbələyə gəlməmişdən öncə də Azərbaycan və Azərbaycan futbolu haqda məlumatım var idi. Burada olan dostlarım ölkə haqqında mənə dolğun informasiya vermişdilər. “Qəbələ” haqda məlumatım isə Fatih Kavlak  burada işləməyə başlayandan sonra oldu. O, mənə klub, gələcək planlar, qarşıya qoyulan hədəflər, infrastruktur, uşaq futboluna ayrılan diqqət barədə məlumat verdi. Bütün bunlar çox xoşuma gəldi və məndə maraq oyatdı”.
 
Bakır “Qəbələ”nin bir neçə oyununu izlədiyini, heyətdə yüksək səviyyəli futbolçuların olduğunu bildirib: “Azərbaycan çempionatı günü-gündən inkişaf edir. Əhali və komanda sayının az olmasına baxmayaraq, futbolun səviyyəsi müsbətə doğru dəyişir. Buradakı futbolçuları gördükdən sonra inkişaf  prosesinin getdiyinə bir daha əmin oldum. Daha öncə “Qəbələ”nin bir neçə oyununu izləmişəm.  Komanda xoşuma gəldi. Heyətdə yüksək səviyyəli futbolçular var”. 
 
Söhbət əsnasında məşqçi “Qəbələ”nin inkişaf etməkdə olan infrastruktruna da toxunub: “Baza və meydançalar çox xoşuma gəldi. Görülən və görüləcək işlər hər şeyin daha yaxşı olacağından xəbər verir.  İnanıram ki, futbol təcrübəmlə komandanın gücünə güc qatıb onun hədəflərinə çatmasında yaxından rol oynayacam”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.