12 yanvar 2012 01:57
Neftçinin Antalya toplanışı başladı (FOTOLAR)
"Neftçi" Antalyanın Kundu qəsəbəsində yerləşən "Mardansport" otelinin stadionunda ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular kross, koordinasiya və digər hərəkətlər üzərində çalışıblar. Təxminən saat yarım davam etmiş məşq ikitərəfli oyunla yekunlaşıb.
