12 yanvar 2012 02:03
BATE Əfran İsmayılov xəbərlərini təkzib etdi
Belarusun BATE klubu futbol üzrə Azərbaycan millisinin, eləcə də “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun transferi ilə bağlı xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Bolisov klubunun rəsmi saytı həmyerlimizin keçidi ilə bağlı xəbərləri təkzib edib.
"Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı yayılan informasiyalar bizi təəccübləndirdi. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz Əfranla maraqlanmışıq. Rəsmən bəyan edirik ki, Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb".
