12 yanvar 2012 15:13
Ağasəlim Mircavadov: Arazla Vaqifi müqayisə etməyə dəyməz
Futbol üzrə yığma komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytının bir sıra sullarını cavablandırıb.
- Rusiyanın “Volqa” klubundan ayrılması gündəmdə olan Vaqif Cavadovun durumunu necə qiymətləndirirsiz?
- Mən onun bir-iki oyununu TV-də izləmişdim. Vaqif həmin oyunlarda çox yaxşı təsir bağışlamışdı. Çerışevin ondan niyə imtina etdiyini müəyyənləşdirmək çox çətindi. Ola bilsin ki, baş məşqçi ilə münasibətləri qaydasında deyil. Baxmayaraq ki, o, elə futbolçu deyil. Bütövlükdə, “Volqa” futbolçumuz üçün özünü göstərmək, daha güclü komandaya keçmək üçün son şansdı.
- Son mövsümlərdə bu futbolçunun işi heç cür getmir. Sizcə, o, Hollandiyaya tez getməmişdi ki?
- Çoxları unudur ki, legionerlərə dil öyrətmirlər, onlardan yaxşı oyun tələb edirlər. Vaqif daha iki mövsüm “Qarabağ”da qala bilərdi. Amma onu da başa düşmək olar. Hər halda o da Hollandiya çempionatında oynamaq şansını əldən vermək istəmirdi.

- Niyə bizim futbolçuların xarici klublarda oyunları alınmır?
- Bizdə futbolçularla işləyən menecerlər yoxdu. Sadə misal deyim: Dmitri Çiqrinski. O, “Barcelona” səviyyəsində oyunçu deyildi. Hər halda belə kluba gedən müdafiəçi topla hücumçu kimi gözəl davranmağı bacarmalıdı. Amma ukraynalı oyunçu elə qabiliyyətə malik deyildi. Məhz menecerinin güclü işi sayəsində bu futbolçu Kataloniya klubunun maraq dairəsinə düşdü. Bizim futbolçulara da belə menecerlər çatışmır.
- Araz Abdullayev yenicə keçdiyi Yunanıstan “Panionios”unda özünü heç də pis tərəfdən göstərmir...
- Onunla bağlı vəziyyət tam fərqlidi və Vaqiflə müqayisə etməyə də dəyməz. Araz “Everton”un futbolçusudu. İndi Yunanıstan klubundadı və eşitdiyimə görə pis də oynamır. İstedadlı oyunçudu. Əgər öz üzərində çalışsa, legioner həyatı daha uzun sürəcək. Futbolçularımız nə qədər xaricə çox axın etsə, bir o qədər yaxşıdı.
- Son günlər Rauf Əliyevlə Əfran İsmayılovun da xarici klublara transferi gündəmdədi. Sizcə, onlar üçün də vaxtdı?
- Əgər buna böyük istəkləri varsa, buyursunlar. İstək çox önəmli amildi. Çünki belə oyunçular üçün öncə xeyli çətinliklər olur. Onların hər ikisi yığmanın futbolçularıdılar. Amma onlarla maraqlanan klubların kimliyi də az önəm daşımır. Oynaya biləcəkləri, lazım olduqları klublara keçmələri daha yaxşı olardı.

- Sizcə, legioner limiti bizdə necə olmalıdı?
- Fikrimcə, ideal limit “5+2”di. İştirak ərizəsinə də yeddidən artıq legioner əlavə etməmək qadağası olsun. AFFA mütləq klub rəhbərlərini bir araya gətirib, buna keçməlidi.
- Fikrimcə, ideal limit “5+2”di. İştirak ərizəsinə də yeddidən artıq legioner əlavə etməmək qadağası olsun. AFFA mütləq klub rəhbərlərini bir araya gətirib, buna keçməlidi.