12 yanvar 2012 15:56
Xəzər Lənkəran üç legionerinin yolunu gözləyir
“Xəzər Lənkəran” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, komanda tam heyətlə hazırlaşa bilmir.
Belə ki, Elvin Beqiri, Deyan Rusiç və Julius Vobay hələ də komandanın hazırlıqlarına qoşulmayıb. Onların birbaşa Türkiyədəki təlim-məşq toplanışına gələcəyi bildirilir.
Komanda son hazırlıq prosesi zamanı ikitərəfli oyun da keçirib. Maraqlıdı ki, tərəflərin qapısını Orxan Sadıqlı ilə Anton Kovalevski qoruyarkən, Kamran Ağayev meydan oyunçusu kimi çıxış edib. Məşqlərdə həmçinin bir sıra gənc futbolçular da iştirak edirlər. Hansı ki, onlar seleksiyaçı-məşqçi Zaur Ramazanovun dəvəti ilə gəliblər.
